• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Raport.az
Reklam
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
Raport.az
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Hacı Şahinin getdiyi özəl klinikanın kardioloqu danışdı: Riskli idi…

0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“İlahiyyatçı Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub. Ona xəstəxanada yatmaq tövsiyə edilib. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.

Raport.az xəbər verir ki, bunu Teleqraf.com-a “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov deyib.

Onun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: “Ona xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanması tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Yəqin ağrısı keçdiyi üçün sabah-biri gün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: “Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinirmiş. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək çıxıb, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki…”
Həkim Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: “Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.
Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

Hacı Şahin “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.



"Raport.az" xəbər portalı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial

Əlaqə

+994 (50) 285 81 95
info@raport.az
Azərbaycan nəşriyyatı 4-cü mərtəbə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Raport.az © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Raport.az © 2022 - Bütün hüquqları qorunur.