• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Raport.az
Reklam
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
Raport.az
No Result
Bütün Nəticələrə Baxın
Home Hadisə

Fövqəladə Hallar Nazirliyi əməkdaşları metroda  (video, foto)

0
SHARES
1
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü və Baş Əməliyyat idarəsinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.

Təlimin mövzusu “Metro stansiyasında elektrik cərəyanının açılması səbəbindən qatarın dayanması nəticəsində zərərçəkmişlərin təxliyəsi” olub. Təlimə rəhbərliyi FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov edib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xalqlar dostluğu” stansiyası istiqamətindən hərəkət edən qatarın elektrik cərəyanının şərti açılması nəticəsində “Neftçilər” stansiyasının “mənzilində dayanması” və “sərnişinlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub” və dərhal Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri “hadisə yerinə” cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin çıxarılması üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. Regional Mərkəzin mobil xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.



"Raport.az" xəbər portalı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial

Əlaqə

+994 (50) 285 81 95
info@raport.az
Azərbaycan nəşriyyatı 4-cü mərtəbə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Raport.az © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Raport.az © 2022 - Bütün hüquqları qorunur.