• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Raport.az
Reklam
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
No Result
Bütün Nəticələrə Baxın
Raport.az
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Appendiks nə üçün lazımdır?

0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

İnsan orqanizmi mükəmməl, ideal bir sistemdir.

Orqanizmdə olan hər bir orqanın, toxumanın, hüceyrənin müəyyən funksiyası var. Heç bir orqan “artıq”, “lazımsız” ola bilməz.

Uzun müddət ərzində alimlər kor bağırsağın soxulcanvari çıxıntısının (appendiksin) funksiyasını təyin edə bilmirdilər və bu səbəbdən onu “artıq” bir orqan, rudiment hesab edirdilər. Axı həzm sisteminə aid olan appendiks həzm proseslərində heç bir iştirak etmir.

Statistikaya görə, hər il 1000 insandan 4-5-də kəskin appendisit (appendiksin kəskin iltihabı) aşkar olunur və bu da cərrahi müdaxiləyə səbəb olur. Beləliklə, ilk baxışdan “lazımsız” appendiks bizə yalnız problemlər yaradır.

ABŞ-da bir vaxt appendiksi yenidoğulmuşlarda kütləvi şəkildə xaric edirdilər ki, gələcəkdə bu uşaq kəskin appendisit və s. appendikslə bağlı olan problemlərlə üzləşməsin. Lakin müəyyən müddətdən sonra məlum olub ki, appendiks xaric edilmiş uşaqlarda digər uşaqlarla müqayisədə disbakterioz və bağırsaq infeksiyaları daha tez-tez inkişaf edirdi.

Bu təcrübə alimlərə appendiksin funsiyasını aşkar etməyə kömək edib. Alimlərin  fikirinə görə limfa toxuması ilə zəngin olan appendiks orqanizmdə daha çox müdafiə funksiyasını yerinə yetirir. Məlumdur ki, orqanizmdə limfa toxuması immun sisteminə aiddir. Bu toxuma orqanizmə düşən ziyanlı agentləri (mikroblar, bakteriyalar və s.) zərərsizləşdirir. Appendiks həzm sisteminin müdafiyəsində böyük rol oynayır. O, həzm sisteminin müdafiəsinin “ön cəbhəsidir”. Məhz bu səbəbdən appendiks belə tez-tez iltihablaşır.

Alimlər onun funksiyasını orqanizmdə badamcıqların funksiyası ilə müqayisə edirlər.  Badamcıqlar da orqanizmə düşən ziyanlı mikrobların “hücümuna” ilk olaraq müqavimət göstərir ki, bu səbəbdən tez-tez iltihablaşır. Bəzi alimlər appendiksi “bağırsaq badamcığı” adlandırırlar.

Appendiksin digər çox vacib funksiyası ondan ibarətdir ki, appendiksdə bağırsaqların xeyirli mikroflorasının bir hissəsini saxlanılır. Müxtəlif səbəblərə görə (infeksiya, zəhərlənmə, bəzi dərmanların təsiri və s.) insanın bağırsaq mikroflorası pozulduqda appendiks köməyə gəlir.

Beləliklə, əvvəllər “artıq”, rudiment sayılan appendiks orqanizmdə çox vacib funksiyaları yerinə yetirir.



"Raport.az" xəbər portalı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial

Əlaqə

+994 (50) 285 81 95
info@raport.az
Azərbaycan nəşriyyatı 4-cü mərtəbə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Raport.az © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Raport.az © 2022 - Bütün hüquqları qorunur.