Ərdoğan bildirib ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib. Raport.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Seçkilərə ilk dəfə qatılacaq gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”, – Ərdoğan deyib.

Qeyd olunur ki, Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.